BAKI, 6 avqust. TELEQRAF
Türkiyədə PKK terror təşkilatının iki ay ərzində tamamilə tərksilah edilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Qalip Ənsarioğlu bildirib.
Onun sözlərinə görə, bu prosesin həyata keçirilməsi üçün artıq bütün texniki infrastruktur hazır vəziyyətə gətirilib.