BAKI, 3 avqust. TELEQRAF
“İran regionda sabitliyin bərpasına kömək etmək məqsədilə ABŞ ilə atəşkəs razılaşmasını qəbul edib”.
Teleqraf xəbər verir ki, bunu İran müdafiə naziri Məcid ibn ər-Rza Türkiyə müdafiə naziri Yaşar Gülərlə telefon danışığında deyib.
“ABŞ-nin keçmiş fəaliyyətini nəzərə alaraq qarşı tərəfə etibar etmirik. Silahlı Qüvvələr tam döyüşə hazır vəziyyətdə razılaşmanın istənilən formada pozuntusuna adekvat cavab verəcək”, - nazir bildirib.
Ər-Rza əlavə edib ki, regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir və xarici qüvvələrin mövcudluğu nəinki təhlükəsizlik yaratmır, əksinə, etimadsızlığın, qeyri-müəyyənliyin və təhlükəsizliyin pozulmasının artmasına səbəb olur.