BAKI, 31 iyul. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə Əhməd əl-Cabir hərbi hava bazasında yerləşən qırıcı təyyarə anqarlarına, peyk rabitə sistemlərinə və avadanlıq anbarlarına dronlarla hücum etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumatda bildirilib ki, sözügedən baza ABŞ-nin hava kəşfiyyatı və dəstək əməliyyatlarında mühüm rol oynayır və ABŞ ordusuna hava dəstəyi verən əsas mərkəzlərdən biridir.