BAKI, 30 iyul. TELEQRAF

“Livan və Türkiyə arasında münasibətlər daha yüksək əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət səviyyəsinə yüksəlmək üçün böyük potensiala malikdir”.

Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun Ankaraya rəsmi səfərindən əvvəl deyib.

“Türkiyə mühüm regional dövlətdir və beynəlxalq məsələlərdə ciddi çəkiyə malikdir. Ankara ilə koordinasiya bizim üçün müvəqqəti seçim deyil, strateji zərurətdir”, - o bildirib.

Cozef Aun səfəri çərçivəsində Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.