BAKI, 30 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ-nin "Əl-Əzraq" hərbi bazasına zərbə endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə qurum özü məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bazadakı üç ədəd F-35 qırıcı təyyarəsi və bir neçə hərbçi məhv edilib.
Qeyd olunub ki, bu zərbə ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hücumlara cavab olaraq endirilib.