BAKI, 30 iyul. TELEQRAF

“ABŞ-nin təhdidləri və bölgənin işlərinə müdaxiləsi davam etdiyi müddətdə Hörmüz boğazının yenidən açılması mümkün deyil”.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, bu cür təhdid və müdaxilələr vəziyyəti daha da çətinləşdirir və mürəkkəbləşdirir.

SEPAH həmçinin xəbərdarlıq edib ki, ABŞ-yə yardım edən ölkələr davranışlarını dəyişməsələr, sərt cavabla üzləşəcəklər.