BAKI, 30 iyul. TELEQRAF

Vasitəçilər 28-29 iyul tarixlərində qarşılıqlı hava hücumları ilə yaranan növbəti gərginləşmə dalğasından sonra ABŞ və İran arasında atəşkəs üzrə danışıqları bərpa etməyə çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ aviabazasına və orada yerləşən Mərkəzi Komandanlığın (CENTCOM) qərargahına ballistik raket hücumu həyata keçirdiyini bildirib. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq, İrana güclü zərbələr endirmək niyyətini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, komanda məntəqələri də daxil olmaqla, SEPAH-ın onlarla obyekti vurulub.