BAKI, 29 iyul. TELEQRAF

İran Omanın Hörmüz boğazının regional əsasda birgə idarə olunmasına dair təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tehran Omanın irəli sürdüyü təşəbbüsü “uğursuz plan” kimi qiymətləndirib.

“Boğazın Omanla 50/50 prinsipi əsasında birgə idarə olunması İranın maraqlarına uyğun deyil. Bununla belə, Tehran Omanı dəyərli qonşu hesab edir”, - İran rəsmisi deyib.

O əlavə edib ki, Hörmüzün cənub marşrutları gəmilər üçün təhlükəli ola bilər və Omanın boğaza nəzarət səviyyəsi bu ölkənin su yolundakı payına uyğun olmalıdır.

İran rəsmisi həmçinin iddia edib ki, ABŞ və Səudiyyə Ərəbistanı Hörmüz boğazı ilə bağlı planlarını irəli aparmaq üçün Omana təzyiq göstərməyə çalışır.