BAKI, 13 iyul. TELEQRAF
İran regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Oman, Pakistan və Qətərlə əlaqələri davam etdirir.
Teleqraf "Tasnim News"a istinadən məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
O qeyd edib ki, vasitəçilərin əsas vəzifəsi gərginliyin artmasına yol verməməkdir və bu məqsədlə sözügedən ölkələrlə danışıqlar intensiv şəkildə davam edir:
"Tehran öz milli maraqlarını və təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün vasitə və metodlardan istifadə edəcək".