BAKI, 9 iyul. TELEQRAF
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin yeni hərbi zərbələrini pisləyərək, bu addımları hərbi cinayət kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, XİN-nin "Telegram" kanalında yayımlanan bəyanatda ABŞ ordusunun həyata keçirdiyi hücumlar təcavüzkar adlandırılıb və bunun beynəlxalq hüququn ağır pozuntusu olduğu vurğulanıb.
İran XİN bəyan edib ki, ölkə xalqı öz ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq əzmində qətidir.