BAKI, 4 iyul. TELEQRAF
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi iyulun 11-də Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” mənbələrə istinadla məlumat yayıb.
Tərəflər arasında əvvəlki görüş iyulun 1-də Qətərin paytaxtı Dohada keçirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə ölkənin mərhum ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana bir həftəlik möhlət verdiyini açıqlamışdı.