BAKI, 2 iyul. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Piranşəhr və Sərdəşt bölgələrində hücumu nəticəsində “İran Kürdüstan Demokrat Partiyası”nın 11 silahlısı (peşmərgə) öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Hana” insan haqları təşkilatı məlumat yayıb.

Bildirilib ki, Piranşəhrin Qazqapani kəndində bir müddət ərazidə olduqdan sonra Hacı Ümran yüksəkliklərinə qayıdan təşkilatın 6 üzvü SEPAH-ın “Həmzə Qərargahı” qüvvələrinin pusqusuna düşüb. Baş verən ağır döyüş nəticəsində onların hamısı öldürülüb.

Eyni vaxtda Sərdəştin Musalan kəndində baş verən digər toqquşmada minik avtomobili ilə hərəkət edən təşkilatın daha 5 silahlısı pusquya salınaraq, məhv edilib.