BAKI, 1 iyul. TELEQRAF
“Baş nazir olduğum dövrdə İran rejimini devirmək üçün plan hazırlamışdıq, amma Benyamin Netanyahunun hökuməti bundan imtina etdi”.
Teleqraf xəbər verir ki, bunu İsrailin “Yamina” partiyasının sədri, sabiq baş nazir Naftali Bennett deyib.
“Keçid dövründə Benyamin Netanyahuya İrana dair planının nə olduğunu soruşdum, amma belə bir plan yox idi”, - o bildirib.
Bennett 2022-ci ilə aid təhlükəsizlik müşavirəsinin sənədindən planın bir hissəsini də təqdim edib:
“Hər bir neçə ildən bir İranda rejimi təhdid edən etirazlar baş verir və rejimin ilk addımı interneti söndürmək olur. Buna görə də hazırladığımız fəaliyyət istiqamətlərindən biri İranda internet bağlantısının fasiləsizliyini təmin etmək idi. Bu, əvvəlcədən ölkə ərazisində peyk interneti qəbulediciləri yerləşdirməklə tam mümkündür. Amma Netanyahunun hökuməti bunu həyata keçirmədi”.