BAKI, 30 iyun. TELEQRAF

İran nümayəndə heyəti dondurulmuş aktivlərin blokdan çıxarılması məsələsini müzakirə etmək üçün iyulun 1-də Qətərin paytaxtı Dohaya səfər edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

"Ehtimal olunur ki, sabah Dohada Qətər tərəfi ilə dondurulmuş İran aktivlərinin blokdan çıxarılması ilə bağlı müzakirələr keçiriləcək", - o qeyd edib.

E.Baqai əlavə edib ki, bununla bağlı bütün zəruri hazırlıq tədbirləri artıq görülüb və Tehran bu istiqamətdə irəliləyiş əldə ediləcəyinə ümid edir.