BAKI, 30 iyun. TELEQRAF

“Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyəti ilk növbədə İrana aiddir”.

Teleqraf xəbər verir ki, bunu Oman xarici işlər naziri Bədr əl-Busaidi deyib.

O bildirib ki, bu, ABŞ-İran anlaşma memorandumuna da uyğundur.

Əl-Busaidi həmçinin Omanın lazım gələrsə, regional və beynəlxalq səylərə töhfə verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Hörmüz boğazının minalardan təmizlənməsinə dair Oman və Fransa arasında əldə edilən razılaşma İranın etirazı ilə qarşılanmışdı.