BAKI, 30 iyun. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa İsrail ordusunun son müdaxiləsindən sonra Təl-Əvivi qoşunları ölkənin cənubundan çıxarmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Məsələ təxminən 235 kvadrat kilometrlik ərazidən qoşunların çıxarılması ilə bağlıdır.

Əhməd Şaraa həmçinin İsrailin Suriya ərazisindəki son fəaliyyətlərini pisləyib.

Qeyd edək ki, İsrail ordusu iyunun 28-də Suriyanın cənubunda bir neçə silahlını öldürdüyünü açıqlayıb. İsrailin müdaxiləsi yerli sakinlərin müqavimətinə səbəb olub. İsrail müdafiə naziri İsrael Kats əvvəllər Təl-Əvivin “sərhəd təhlükəsizliyi”ndən güzəştə getməyəcəyini və buna görə də İsrail ordusunun Livan, Suriya və Qəzza zolağında qalacağını bildirib.

2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail qoşunlarını Suriyanın cənubunda və Hermon dağının Suriya tərəfində yerləşdirib. İsrail Baş naziri Benyamin Netanyahu bunu Suriya ilə 1974-cü ildə imzalanmış müqavilənin qüvvədən düşməsi ilə izah edib. 2025-ci ilə sentyabrın 17-də Suriya xarici işlər naziri Əsəd Şibani ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barakın vasitəçiliyi və iştirakı ilə İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə Londonda danışıqlar aparıb. Tərəflər 1974-cü il müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər.