BAKI, 29 iyun. TELEQRAF
“Livan hökumətinin İsraillə bağladığı müqavilə iki ölkənin 1983-cü il mayın 17-də imzaladığı sazişdən on dəfə pisdir”.
Teleqraf xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbi Berri deyib.
Spiker bu razılaşmanın Livanı vətəndaş müharibəsinə sövq edə biləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail hökumətləri arasında çərçivə sazişi imzalanıb. Sazişdə “Hizbullah”ın tərkisilah edilməsi, yeganə hərbi gücün Livan ordusu olması və İsrailin ölkə ərazisini tərk etməsi nəzərdə tutulub.