BAKI, 26 iyun. TELEQRAF
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bəzi qonşu ölkələrin hava məkanında İran istiqamətində hərəkəti və mövcudluğu təhlükəli addım olmaqla yanaşı, İslam Respublikasına qarşı təhdid hesab olunur”.
Teleqraf xəbər verir ki, bu barədə İran İnqilab Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında bildirilib.
“Əgər ABŞ İsraili cilovlamaq və nəzarətdə saxlamaq iqtidarında olmasa, İran İslam Respublikası özünə qarşı yönələn istənilən təhdidə dözməyəcək və bu cür təhlükəli addımlara cavab verməyi öz qanuni haqqı hesab edir”, - SEPAH-ın Baş Qərargahı vurğulayıb.