BAKI, 26 iyun. TELEQRAF

“İran İsrailə hücum etsə, biz də bütün gücümüzlə ona hücum edəcəyik”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

“Əgər İran Livandakı əməliyyatlarımıza və ya hansısa digər səbəbə görə İsrailə hücum etsə, biz bütün gücümüzlə İrana hücum edəcəyik”, - müdafiə naziri bildirib.

Kats vurğulayıb ki, İsrail ordusu Livan, Suriya və Qəzza zolağındakı “təhlükəsizlik zonaları”nda qeyri-müəyyən müddətə qalacaq, oradan ölkə vətəndaşlarını və yaşayış məntəqələrini cihadçı qruplardan qoruyacaq.

O əlavə edib ki, mövcud və ya gələcəkdə tətbiq olunacaq bütün təzyiqlərə baxmayaraq, İsrail Livanın cənubundan geri çəkilməyəcək.