BAKI, 25 iyun. TELEQRAF
“Bütün Livanı tərk etməlisiniz. Bu gün öz istəyinizlə geri çəkilməsəniz, sabah rüsvayçılıq və məğlubiyyət içində qaçmağa məcbur olacaqsınız”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri general İsmayıl Qəni İsrailə müraciətində deyib.
SEPAH generalı İsraili Livanın cənubundakı hərbi qüvvələrini çıxarmağa çağıraraq, əks halda bunun ağır nəticələri barədə xəbərdarlıq edib.
“Bu gün təcavüz və işğalda israr etsəniz, rüsvayçılıq və məğlubiyyətlə qovulacaqsınız”, - Qəni qeyd edib.