BAKI, 25 iyun. TELEQRAF

ABŞ Dövlət Departamentinin rəsmisi İsrailin Livanın cənubundakı bufer zonanın bir hissəsindən geri çəkildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“İsrailin geri çəkilməsi Livan hökumətinə qarşı xoşməramlılığın əlamətidir”, - ABŞ rəsmisi deyib.

O əlavə edib ki, Livan Silahlı Qüvvələri İsrail tərəfindən boşaldılmış ərazilərə yerləşdirilməlidir.