BAKI, 16 iyun. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 19-da Cenevrədə ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.

“İmzalanmanın onlayn və ya üzbəüz şəkildə baş tutub-tutmayacağı hələlik məlum deyil. İmzalanmadan sonra əlavə müzakirələr başlayacaq. Vitse-prezident Ceyms Devid Vens ABŞ, Qalibaf isə İran tərəfindən iştirak edəcək”, - diplomat vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.