BAKI, 12 iyun. TELEQRAF
“İran mən İsrail Baş naziri olduğum müddətdə nüvə silahı əldə edə bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Hökumət başçısı bildirib ki, bu məsələdə onunla ABŞ Prezidenti Donald Tramp arasında tam razılaşma var.
“Otuz ildən çoxdur İranın nüvə proqramına qarşı beynəlxalq kampaniyanın ön sıralarındayam. Əgər bu səylər göstərilməsəydi, İran hələ illər əvvəl nüvə silahı əldə edərdi”, - Netanyahu vurğulayıb.
Baş nazir əlavə edib ki, İran İsrailin məhv edilməsini istəyir, o da özünü Tehranın bu məqsədinə çatmasının qarşısını almağa sadiq hesab edir.