BAKI, 21 may. TELEQRAF

Prezident Əhməd Şaraa bu il Fransada keçiriləcək “Yeddilik Qrupu”nun (G7) sammitində iştiraka dəvət alan ilk Suriya lideridir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, 1975-ci ildə G7-nin təsis edilməsindən bəri Suriyanın G7 sammitində ilk iştirakıdır.

Əhməd Şaraanın sammitə dəvəti bu həftənin əvvəlində Parisdə Suriya maliyyə nazirinə çatdırılıb.

“Reuters”ə danışan mənbələrdən biri Hörmüz boğazının bağlanmasından sonra Suriyanın G7 sammitində iştirakının ölkənin potensial strateji təchizat mərkəzi roluna yönəldilə biləcəyi ilə bağlı olduğunu bildirib.