BAKI, 21 may. TELEQRAF

İsrail İrana qarşı hərbi əməliyyatları mümkün qədər tez bərpa etmək niyyətindədir və buna hazırdır, amma ABŞ Prezidenti Donald Trampın mövqeyindən məyusdur. Yəhudi dövlətinin fikrincə, Tehran bundan diplomatik fasiləni uzatmaq üçün istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə CNN İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Mənbə telekanala Donald Trumpla İsrail Baş naziri Benyamin Netanyahu arasındakı son telefon danışığını gərgin kimi xarakterizə edib. İsrail danışıqların nəticəsinə görə Amerika liderinin mövqeyindən narahat qalıb. Rəsmilərin fikrincə, Trampın bu mövqeyi prosesin uzanmasına səbəb olur, halbuki İsraildə İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasına güclü istək var.

Netanyahu da hesab edir ki, hazırkı fasilə yalnız İranın xeyrinə işləyir.

İsrailin N12 telekanalının daha əvvəl verdiyi məlumata görə , Netanyahu və Tramp mayın 20-də telefonla danışıb. Amerika lideri mayın 18-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə razılaşmaq ehtimalı ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarı verdiyini açıqlayıb. Mayın 19-da isə ABŞ-nin İrana gələn həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə saldığını bəyan edib.