BAKI, 20 may. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İraqda fəaliyyət göstərən silahlı qruplar tərəfindən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinə qarşı həyata keçirilən pilotsuz təyyarə hücumlarını pisləyib.
Teleqraf xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi rəsmi Bağdadı bu cür hücumların qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
BƏƏ-nin “Bərəkə” Atom Elektrik Stansiyasına dron hücumunu şərh edən XİN hadisəni “xain terror aktı” adlandırıb.
Bəyanatda deyilir ki, İraq ərazisindən KƏŞ ölkələrindəki vacib mülki hədəflərə qarşı PUA-nın buraxılması onların suverenliyinin və hava məkanının kobud şəkildə pozulmasıdır. BƏƏ hakimiyyəti İraq hökumətini ərazisindən qaynaqlanan bütün düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün dərhal və qeyd-şərtsiz öhdəlik götürməyə və bu cür təhdidlərə dərhal cavab verməyə çağırıb.