BAKI, 12 may. TELEQRAF

Bəhreyn Silahlı Qüvvələrinin bütün bölmə və hissələri İranla hərbi gərginlik fonunda ən yüksək hazırlıq və müdafiə vəziyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Bəhreyn Ordusu həmçinin vətəndaşlardan İranın hücumunun qalıqları ola biləcək istənilən şübhəli və ya naməlum obyektlərə yaxınlaşmamağı və toxunmamağı tələb edib.

Bəyanatda qeyd olunub ki, Silahlı Qüvvələrin Kral Mühəndislik Bölməsi bu obyektləri zərərsizləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək üçün tam hazırdır.