BAKI, 4 may. TELEQRAF

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmasının qarşısını almaq üçün ABŞ hərbi gəmisinə xəbərdarlıq atəşi açıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mənbələrinə istinadla “Reuters” məlumat yayıb.

Zərər olub-olmadığı isə hələ məlum deyil.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfinin iddiasını təkzib edib:

“ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi vurulmayıb. ABŞ qüvvələri “Azadlıq Layihəsi” əməliyyatını və İran limanlarının blokadasını davam etdirir”.