BAKI, 28 aprel. TELEQRAF

“Hörmüz boğazı İran üçün çəkindirici vasitə və danışıqlarda rıçaq rolunu oynayır, buradakı vəziyyət qarşı tərəflərin təhlükəsizlik və iqtisadi baxışlarına birbaşa təsir edir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin parlament işləri üzrə baş direktoru Hüseyn Nüşabadi deyib.

O bildirib ki, İran Silahlı Qüvvələrinin Hörmüz boğazını nəzarətdə saxlaması ABŞ və müttəfiqlərinin siyasi, hərbi, təhlükəsizlik və iqtisadi hesablamalarını dəyişdirib və onları qərarlarını yenidən nəzərdən keçirməyə məcbur edəcək.

“İran indiyə qədər Hörmüz boğazına nəzarəti saxlamaqla bu keçiddəki qaydaları öz maraqlarına uyğun şəkildə dəyişdirməyə nail olub. Qarşı tərəflərə də bildirilib ki, İranın maraqları nəzərə alınmadan Fars (Bəsrə) körfəzində ticarət təhlükəsizliyi və azadlığı mümkün olmayacaq”, - Nüşabadi qeyd edib.