BAKI, 27 aprel. TELEQRAF
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa İttifaqının İrana qarşı sanksiyalarının ləğvinin tez olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, Aİ-nin bundan əvvəl Tehranın davranışlarında fundamental dəyişiklik görmək istədiyini deyib.
Avropa Komissiyasının rəhbəri qeyd edib: “Əvvəlcə İranın davranışlarında fundamental dəyişikliklər görməliyik, ona görə də sanksiyaların ləğvindən danışmaq hələ tezdir”.