BAKI, 20 aprel. TELEQRAF
“İran ABŞ-nin təcavüzünə cavab olaraq qarşıdurmaya hazırdır”.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında bildirilib.
“İran ABŞ-nin təcavüzünə cavab olaraq qarşıdurmaya hazırdır. Bu, İran gəmisinə təcavüzdən sonra nəzərdən keçirilir. Cavabın gecikməsinin səbəbi gəmidə ekipaj üzvlərinin ailə üzvlərinin olmasıdır. Onların təhlükəsizliyi təmin edildikdən sonra İran ABŞ-yə qarşı lazımi addımları atacaq”, - açıqlamada qeyd olunub.
İran rəsmisi isə “Reuters”ə deyib ki, Tehranın nüvə proqramı ətrafındakı mübahisələr hələ həll olunmayıb, tərəflər arasındakı fikir ayrılıqları aradan qaldırılmayıb: “ABŞ-nin Hörmüz boğazında davam edən blokadası sülh danışıqlarına zərər vurur”.
Mənbə əlavə edib ki, İranın ABŞ ilə müdafiə və raket proqramlarını müzakirə etmək niyyəti yoxdur.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri bundan əvvəl Hörmüz boğazında blokadanı yarmağa çalışan İran gəmisinə zərbələr endirmişdi.