BAKI, 17 aprel. TELEQRAF
Hörmüz boğazından hərbi gəmilərin keçidinə icazə verilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, boğazdan keçmək istəyən bütün gəmilər hərəkət trayektoriyalarını mütləq şəkildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə koordinasiya etməlidirlər.
Qeyd edək ki, bu gündən Hörmüz boğazı gəmilər üçün açılıb.