BAKI, 14 aprel. TELEQRAF
Tehran ABŞ ilə aparılan danışıqlara zərər verməmək üçün Hörmüz boğazında İran gəmilərinin hərəkətinin müvəqqəti dayandırılması məsələsini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” İran mənbələrinə istinadla məlumat yayıb.
Aprelin 11-də İran və ABŞ İslamabadda danışıqlar aparıb. Hər iki tərəf danışıqlardan sonra bəyan edib ki, bir sıra fikir ayrılıqları səbəbindən razılaşma əldə olunmayıb. Tehran və Vaşinqton arasında dialoqun inkişaf perspektivləri məlum deyil. ABŞ isə aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb.