BAKI, 14 aprel. TELEQRAF
İran daxili işlər naziri İsgəndər Momeni sərhədyanı əyalətlərin rəhbərlərinə ABŞ-nin dəniz blokadasının təsirini azaltmaq üçün malların idxal-ixracının fasiləsizliyini təmin etmək üçün bütün səyləri göstərməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Düşmənin əhalinin həyat səviyyəsinə təhdidlərini neytrallaşdırmaq üçün sərhəd bölgələrinin rəhbərləri bütün mümkün milli və regional resursları səfərbər edərək zəruri malların idxalı-ixracı da daxil olmaqla, sərhəd ticarətini daha da gücləndirməli və inkişaf etdirməlidirlər”, - Momeni bildirib.
Aprelin 11-də İran və ABŞ İslamabadda danışıqlar aparıb. Hər iki tərəf danışıqlardan sonra bəyan edib ki, bir sıra fikir ayrılıqları səbəbindən razılaşma əldə olunmayıb. Tehran və Vaşinqton arasında dialoqun inkişaf perspektivləri məlum deyil. ABŞ isə aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb.