BAKI, 14 aprel. TELEQRAF

“Hizbullah” Hərəkatı ABŞ-də İsrail və Livan arasında birbaşa danışıqlar zamanı əldə edilən heç bir razılaşmanı qəbul etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu hərəkatın sözçüsü Vafiq Səfa “Associated Press”ə deyib.

“Livan və İsrail arasında danışıqların nəticələrinə gəlincə, bu, bizim üçün heç bir maraq və ya narahatlıq doğurmur. Özümüzü onların razılaşdıqları şeylərə bağlı hesab etməyəcəyik”, - Səfa bildirib.

İsrail Baş naziri Benyamin Netanyahu bundan əvvəl bəyan etmişdi ki, aprelin 14-də Livanla danışıqlar zamanı yəhudi dövləti “Hizbullah”ı təkcə sərhəd bölgələrində yox, bütün ölkədə tərksilah etməyə çalışacaq. Hər iki tərəf ABŞ-də səfirlər səviyyəsində təmsil olunacaq.