BAKI, 14 aprel. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya almasının mumlun nəticələri ilə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
“Hörmüz boğazının təhlükəsizliyinin riskə atılması qlobal ticarət üçün genişmiqyaslı nəticələrə səbəb olacaq”, - Pezeşkian vurğulayıb.