BAKI, 13 aprel. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu İran və ABŞ arasında atəşkəsin pozula biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

“Tezliklə İranda atəşkəs pozula bilər”, - Netanyahu vurğulayıb.

Baş nazir qeyd edib ki, ABŞ İranın atəşkəsi pozmasına dözməyəcək. Onun sözlərinə görə, İran atəşkəsdən dərhal sonra Hörmüz boğazını açmalı olsa da, hələ də bunu etməyib.