BAKI, 11 aprel. TELEQRAF

ABŞ-nin İranın xarici ölkələrdə dondurulmuş aktivlərinin açılmasına razılıq verdiyi barədə məlumat təkzib edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ rəsmisi CBS telekanalına bildirib.

***

13:34

ABŞ İranın Qətər və digər ölkələrin banklarında dondurulmuş aktivlərini açmağa razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə İran mənbəsi “Reuters”ə bildirib.

“Tehran bunu xoş niyyətlərin sınağı və daimi sülh razılaşmasına çatmaqda ciddiliyin sübutu kimi görür. Hesabların açılması həmçinin Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə birbaşa bağlıdır. Bu, hansısa daimi razılaşmanın ön şərti kimi irəli sürülür”, - mənbə bildirib.

ABŞ hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama verməyib.