BAKI, 10 aprel. TELEQRAF
İsrail ABŞ-nin təzyiqi ilə gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “Kan” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, danışıqlar atəşkəs və “Hizbullah” Hərəkatının silahlı birləşmələrinin ləğvi məsələlərinə həsr ediləcək. Həmçinin qeyd edilib ki, İsrail ölkə ərazisinə hücumlar dayandırılmasa, hərəkatdan qisas almaq hüququnu özündə saxlayır.
İsrail Baş naziri Benyamin Netanyahu da bundan əvvəl Livanla birbaşa danışıqların mümkün qədər tez başlamasını əmr etdiyini açıqlamışdı.