BAKI, 9 aprel. TELEQRAF
İsrailin Hayfa şəhərinin 22 yaşlı sakini Ami Qayderof İrandan aldığı tapşırıqla sui-qəsd məqsədilə partlayıcı maddə hazırlamaqda şübhəli bilinir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Məlumata görə, onun İsrailin keçmiş baş naziri Naftali Bennetti hədəf almağa cəhd etdiyi ehtimal olunur.
Xəbərdə qeyd edilir ki, şübhəli dindirilmə zamanı Naftali Bennettin adını çəkməyib, amma polis onun getdiyi məkanlara əsaslanaraq sabiq baş nazirin mümkün hədəflərdən biri olduğunu düşünür.