BAKI, 8 aprel. TELEQRAF

“Səudiyyə Ərəbistanı müharibənin İranda hakimiyyət dəyişikliyi ilə yekunlaşmasını istəyir”.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanlı Səudiyyə Ərəbistanı rəsmisinə istinadla məlumat yayıb.

“Bütün dünya İranın region və bəşəriyyət üçün hansı təhlükələri yaratdığının şahididir. Əgər bu rejim Səddam rejimi (İraq) kimi devrilməsə, müharibənin nə mənası var? İran ayətullahları 20 ildir üzərində işlədikləri nüvə və ballistik proqramlarını inkişaf etdirməyə davam edəcəklər. Belə olacaqdısa, bu müharibə və bu qədər insan itkisi nəyə lazım idi”, - Səudiyyə rəsmisi kanala bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.