BAKI, 7 aprel. TELEQRAF

İsrail kəşfiyyat xidməti MOSSAD Silahlı Qüvvələrlə birlikdə İranda üzərində vurulan ABŞ-nin F-15E qırıcı təyyarəsinin iki pilotunun axtarış-xilasetmə əməliyyatında birbaşa iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

“İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdüm, Amerika xalqı adından ona ABŞ ordusu və kəşfiyyat qurumları tərəfindən İranda uçuş heyətimizin xilas edilməsində göstərilən misilsiz köməyə görə təşəkkür etdim. İsrail Müdafiə Qüvvələri və MOSSAD missiyaya önəmli kömək göstərdilər”, - Hakabi X-də yazıb.