BAKI, 7 aprel. TELEQRAF

İranın Ali rəhbəri Müctəba Xamenei koma vəziyyətində Qum şəhərində müalicə olunur.

Teleqraf xəbər verir ki, bu barədə ”TheTimes” ABŞ və İsrailin kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Körfəz ölkələri ilə də paylaşılan diplomatik notada Müctəba Xameneinin ciddi tibbi nəzarət altında müalicə aldığı və ölkənin heç bir qərar qəbuletmə prosesində iştirak edə bilmədiyi deyilir.

Məqalənin bir hissəsində də Qumda birdən çox qəbir üçün nəzərdə tutulmuş məqbərənin hazırlanmasından bəhs edilir, ehtimal olunur ki, bu məqbərə İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülmüş ailə üzvləri, biri də Müctəba Xamenei üçün hazırlanır.

İddia hələlik rəsmi mənbələr tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.