BAKI, 25 mart. TELEQRAF
“ABŞ və ordusunun bölgədəki bütün hərəkətlərini yaxından izləyirik”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
“Generalların dağıtdığını əsgərlər düzəldə bilməz, əksinə, onlar Netanyahunun xülyalarının qurbanına çevriləcəklər. Bizim vətənimizi müdafiə etmək əzmimizi sınamayın”, - spiker bildirib.
“Associated Press” bundan əvvəl məlumat yaymışdı ki, ABŞ Ordusunun 82-ci Hava-Desant Diviziyasından 1000-dən çox hərbçi Yaxın Şərqə göndərilir. Bundan əlavə, təxminən 5000 dəniz piyadası və minlərlə dənizçini əhatə edən iki dəniz piyada bölməsi də regionda yerləşdiriləcək.