BAKI, 24 mart. TELEQRAF
ABŞ-İsrail hərbi təyyarələrinin Şərqi Azərbaycan əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı altı nəfər ölüb, doqquz nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” İran mənbələrinə istinadla məlumat yayıb.
Hücumun ölkənin şimal-qərbində, Azərbaycan, Türkiyə və Ermənistanla sərhəd yaxınlığında yerləşən Şahid Mofattehdə baş verdiyi bildirilib.