BAKI, 11 mart. TELEQRAF

Bəhreynin Mina Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahına zərbələr endirilib.

Teleqraf xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilib.

Həmçinin korpus iddia edir ki, Küveytdəki ABŞ bazasına endirilən zərbə nəticəsində çox sayda amerikalı hərbçi həlak olub, 100-dən çoxu yaralanıb.