BAKI, 9 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, o, Tehrana və Rusiyanın İran xalqı ilə həmrəyliyinə sarsılmaz dəstəyini ifadə edib.

Vladimir Putin Müctəba Xameneinin atası və sələfi Əli Xameneinin irsini davam etdirəcəyinə və çətinliklər qarşısında İran xalqını birləşdirəcəyinə əminliyini bildirib.

“Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, - o əlavə edib.

Rusiya Prezidenti yeni ali rəhbərə göndərdiyi mesajında növbəti dəfə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını “silahlı təcavüz aktı” adlandırıb.