BAKI, 9 mart. TELEQRAF

“Bu fürsət əldən verilməməlidir, rejim devrilənə qədər ayağımızı qazdan çəkməməliyik - nə biz, nə də ABŞ. Bu, bir daha əldə olunmayacaq fürsətdir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Ynet”ə İsrail Ordusunun Baş Qərargahının yüksək vəzifəli nümayəndəsi İrana qarşı hərbi kampaniyadan danışarkən deyib.

Məlumata görə, İsrail və ABŞ əməliyyat sektorları, hədəflər və missiyaları öz aralarında bölüşdürüb, yüksək koordinasiya ilə fəaliyyət göstərirlər.

Hərbi rəsmisi əlavə edib ki, İsrail İranla azı bir ay davam edə biləcək müharibəyə hazırdır.