BAKI, 5 mart. TELEQRAF
ABŞ İrana qarşı hərbi əməliyyatı ən azı 100 gün davam etdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” Pentaqona istinadla məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri Pentaqon rəhbərliyinə müraciət edərək İrana qarşı əməliyyatları ən azı 100 gün və ya sentyabradək davam etdirmək üçün komandanlığın Tampa (Florida ştatı) şəhərindəki qərargahına əlavə hərbi kəşfiyyat heyəti göndərilməsini xahiş edib. Nəşr bu müraciəti ABŞ Prezidenti Donald Trampın bundan əvvəl açıqladığı dörd həftəlik vaxt çərçivəsindən xeyli uzun çəkə biləcəyinə işarə kimi qiymətləndirir.