BAKI, 4 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın gələcəyi və yeni ali rəhbər mövzusunda müxtəlif variantları nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp bəzi kürd liderləri ilə telefon danışığı aparıb və İranda hakimiyyət dəyişikliyi üçün silahlı fəaliyyət göstərməyə hazır olan qrupları dəstəkləməyə hazırdır.

Siyasi fəal İman Ağayari bildirib: “Tramp İran rejimini devirmək üçün ABŞ qoşunlarının yerli silahlı qüvvələrlə əvəzlənməsini istəyir”.